Statistika Komitəsində "təmizləmə" əməliyyatı

img

18-02-2011 [02:24]


Dövlət Statistika Komitəsində 2010-cu ildə hesabat və icracılıq intizamı sahəsində yol verdikləri nöqsanlara görə yerli statistika orqanlarının 23 işçisi haqqında müxtəlif intizam tədbirləri görülüb. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 15 işçiyə töhmət verilib, 5 nəfər rəhbər işçinin əmək haqqı müxtəlif müddətlərə 30 faiz azaldılıb, 3 nəfərin fəaliyyəti kollegiyada geniş müzakirə edilərək işlərində yol verdikləri nöqsanlara görə vəzifələrindən azad olunublar. Hesabatların təqdim olunmasında və icraçılıq intizamı sahəsində nöqsanlara yol verən işçilər haqqında intizam tədbirlərinin həyata keçirilməsi gələcəkdə də davam etdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA