Səhiyyə Nazirliyi həkimlərin imtahanının nəticələrini açıqladı

img

18-02-2011 [01:31]


Səhiyyə Nazirliyi Mikrobiologiya ixtisası üzrə keçirilmiş sertifikasiya imtahanının nəticələrini açıqlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 16-da keçirilən mikrobiologiya ixtisası üzrə imtahanın nəticələri bəllidir. Məlumatda göstərilib ki, imtahanda ümümilikdə 20 həkim iştirak edib ki, onlardan da 17-si (85%) uğurlu nəticə qazanıb. Həkimlərin növbəti sertifikası imtahanı neyrocərrahiyyə və stomatologiya ixtisasları üzrə fevralın 23-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA