Xocalı faciəsinin 19-ci ildönümü ilə bağlı Strasburqda mitinq keçiriləcək

img

18-02-2011 [01:02]


Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 19-ci ildönümü ilə bağlı mitinq keçirəcək. MİA-nın məlumatına görə, mitinqin Strasburqun Kleber meydanında Fransada fəaliyyət göstərən Türk diaspor təşkilatlarının da geniş dəstəyi ilə silsilə tədbirlər və ?Xocalıya ədalət? kompaniyası çərçivəsində keçirilməsi nəzərdə tutulur. Tədbirlərdə ATXƏM-in sədri İlham İsmayılov, Prezident Administrasiyası İctimai-siyasi şöbənin diasporla iş üzrə sektor müdiri Qafar Əliyev, Milli Məclisin üzvü Fuad Muradov və Dağlıq Qarabağ Azərbaycanlıları İcması İdarə Heyətinin üzvü, Xocalı faciəsinin şahidi Cavid Əliyev də iştirakı edəcək. Qeyd edək ki, ATXƏM və Strasburq "Azərbaycan Evi"nin ötən il Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı Strasburqda keçirdiyi mitinqə ermənilər müdaxilə etməyə çalışsalar da Strasburq hüquq-mühafizə orqanları yarana biləcək insidentin qarşısını alaraq, erməniləri Kleber meydanından uzaqlaşdırıblar. Bu il Strasburqda keçiriləcək mitinqin daha möhtəşəm olacağı və ermənilərin yenidən mitinqdə insident yaratmaq cəhdləri nəzərə alınaraq təşkilatçılar tərəfindən Strasburq hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA