Həftəsonu yağıntılı hava zəraiti davam edəcək

img

18-02-2011 [12:28]


Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, həftəsonu Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mülayim şərq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1? şaxtadan 2?-dək isti, gündüz 3-6? isti olacaq. Fevralın 20-də də buludlu hava şəraiti davam edəcək. Arabir yağıntılı olacağı ehtimal edilir. Cənub-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2? isti, gündüz 4-7? isti təşkil edəcək. Azərbaycanın rayonlarında fevralın 18-dən 19-na keçən gecə bəzi şərq rayonlarında, axşam isə əksər rayonlarda havanın yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4? şaxtadan 1?-dək isti, gündüz 4-8? isti, dağlarda gecə 10-15?, bəzi yerlərdə 20?-dək şaxta, gündüz 3? şaxtadan 2?-dək isti olacaq. Fevralın 20-də də havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3? şaxtadan 2?-dək isti, gündüz 3-7? isti, dağlarda gecə 8-13? şaxta, gündüz 0-4? şaxta müşahidə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA