ALDP hökümətdən qazın, izığın və suyun qiymətlərinin azağıya salınmasını tələb edir

img

17-02-2011 [03:35]


Son günlər ərzaq məhsulları, su və digər sosial xidmətlərin qiymətlərinin qaldırılması əhali arasında haqlı etirazlarla qarşılanıb. Respublikamız neft və qaz ölkəsi kimi artıq özünü dünyaya tanıdıb, öz təbii ehtiyatlarını dünya bazarlarına çıxaran Azərbaycan əhalisinə qazı qüksək qiymətə satır, benzinin qiymətində də artımlar müşahidə olunmaqdadır. Bunlara baxmayaraq respublikamızın əksər regionları qazla təmin olunmayıb və bu kimi sosial problemlər vətəndaşların haqlı etirazlarına səbəb olub. Regionlardan fərqli olaraq Bakı şəhərin, Sabunçu rayonun, Nardaran qəsəbəsinin sakinləri həmişə sosial problemlərinin həll olunmamasına öz etirazlarını bildiriblər. Amma bu bəzi qüvvələr tərəfindən başqa məqsədlərə xidmət etmək kimi başa düşülüb. ALDP nardaranlıların haqlı olduğunu bəyan edir və nəinki bu qəsəbənin, Azərbaycanın digər bölqələrində qəsəbə və kəndlərin qazla təmin olunmasını və əhaliyə verilən qazin, işığın və suyun qiymətlərinin aşağıya salınmasını hökümətdən tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA