Bakı zəhər icra Hakimiyyəti Müsavat Partiyasına yer verdi

img

17-02-2011 [01:33]


Müsavat Partiyası 100 yaşını fevralın 19-da Bakıdakı ?Təbriz? kinoteatrında keçirəcək. Fevralın 17-də Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının tədbirlə bağlı müraciətinə müsbət cavab verib. Müsavat tədbir üçün fevralın 11-də müraciət etsə də, şəhər rəhbərliyi müraciətə çox gec, fevralın 17-də cavab verib. Partiya rəhbərliyi bəyan etmişdi ki, şəhər rəhbərliyi tədbirin kinoteatrda keçirilməsinə icazə verməsə, yubileyi açıq havada keçirəcəklər. Partiya 2011-ci ili Müsavat ili elan edib. İlboyu yubiley tədbirləri keçiriləcək. Fevralın 19-dakı tədbir bu silsilədən birincisidir. Müsavat Partiyası 1911-ci ildə yaradılıb. İlk başqanı Məmməd Əmin Rəsulzadə olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA