Yanacaq, çörək və ət məhsulları ilə bağlı yeni standartlar təsdiq olundu

img

16-02-2011 [04:48]


Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan Standartlar İnstitutu tərəfindən yeni Dövlət standartlarını təsdiq edib. Komitədən verilən xəbərə görə, standartların tətbiq vaxtı 1 mart 2011-ci ildən müəyyən edilib. ?Dizel yanacağı? standartı neft emalı məhsullarından alınan, yerüstü və gəmi texnikasında, böyük sürətli dizel və qazturbin mühərriklərində istifadə edilən yanacaqlara şamil edilir. ?Avro dizel yanacağı? standartı dizel mühərriklərində istifadə olunan AVRO dizel yanacaqlarına şamil edilir. ?Motor yanacaqları, Etilsiz benzin.? standartı etilsiz benzinlə işləyən benzin mühərrikləri ilə təmin olunmuş nəqliyyat vasitələrində motor yanacağı qismində istifadəsi nəzərdə tutulan etilsiz benzinlərə aiddir. ?Ortadövrlü və azdövrlü dizellər üçün motor yanacaqları? standartı ortadövrlü və azdövrlü dizel mühərrikləri üçün neft emalı məhsullarından alınan yanacaqlara aid edilir. ?Pəhriz çörəyi və zənginləşdirilmiş çörək ? standartı müalicəvi və profilaktik qidalanma üçün nəzərdə tutulan pəhriz çörəyinə və zənginləşdirilmiş çörəyə şamil edilir. ?Ət gigiyenasının ümumi prinsipləri? standartı ət gigiyenasının ümumi prinsiplərini müəyyən edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA