Səbail rayonunda ?Ağ ölümə? yox deyək!? mövzusunda tədbir keçirilib

img

16-02-2011 [04:41]


Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Səbail rayon İcra Hakimiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının təşkilatçılığı ilə rayonun Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə ?Ağ ölümə? yox deyək!? mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə 239 saylı orta məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova açımış, müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə məlumat verib. Tədbirdə Səbail rayon İjra Hakimiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının üzvləri ilə yanaşı, rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla İşin Təşkili və Narkotiklərlə Mübarizə Bölmələrinin, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin, Bakı şəhər Narkoloci dispanserinin, Səbail rayon Gənjlər və İdman İdarəsinin nümayəndələri mövzu ilə bağlı çıxışlar etmiş, şagirdləri maraqlandıran çoxsaylı sualları javablandırmış, narkomaniyanın fəsadları ilə bağlı ?Axırınjı doza? filmi nümayiş olunmuşdur. Səbail rayon İjra Hakimiyyəti Başçısının Birinji müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın rəhbəri Xalidə Bayramova rayondakı yeniyetmə və gənjlərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat vermiş, gənj nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Sonda uşaqlara narkomanlığa və QİÇS-ə qarşı mübarizə ilə bağlı bukletlər paylanıldı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA