Yeni hərəkat yarandı; Parlamentli Respublika uğrunda...

img

16-02-2011 [04:24]


Fevralın 15-də ?Azərbaycan Xalq Cümhuriyyəti? adlı Hərəkatın Təşəbbüs Qrupu yaradılıb. Təşəbbüs Qrupunda Azərbaycan Mill Azadlıq Hərəkatının fəallarından olmuş Tofiq Seyid, Rafiq Turabxanoğlu, Elman Cəlilov, Mirmövsüm Mahmudlu və başqaları var. Qurumdan MİA-ya verilən məlumata görə, Hərəkat 9 il öncə yaradılmış AXC Təşəbbüs Qrupunun bazası əsasında yaradılır. Hərəkatda ictimai-siyasi xadimlər, elm və mədəniyyət adamlarının bir araya gəlməsi nəzərdə tutulub. Azərbaycan Xalq Cümhuriyyəti Hərəkatının məqsədi Azərbaycanda demokratik parlamentli respublikanın bərpasına nail olmaqdır. Qeyd edək ki, Azərbaycan Respublikasının özünün varisi hesab etdiyi Azərbaycan Xalq Cümhuriyyəti məhz parlamentli respublika olub. Yein hərəkatın qurucuları hesab edir ki, əgər bugünkü Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidirsə, onun dövlət quruluşu da bərpa olunmalıdır. Təşkilata rəhbərlik kollegial şəkildə həyata keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA