Təhsil Nazirliyinə zagirdlərdən pul yığılması ilə bağlı zikayətlər edilib

img

16-02-2011 [02:54]


Təhsil Nazirliyinə tədris müəssisələrində istilik sisteminin qaydasında işləməməsi, məktəblərdə texniki avadanlıqlar üçün pul yığılması kimi hallarla bağlı şikayətlər edilib. Təhsil Nazirliyi bildirir ki, ilin əvvəlindən nazirliyin ?Qaynar xətti?nə 910 müraciət daxil olub. Bunların 789-u telefonla, 121-i elektron poçt vasitəsilə qəbul edilib. Müraciətlərin əksəriyyəti sorğu və məlumat xarakterlidir. Şikayət xarakterli müraciətlər isə ümumi müraciətlərin 9.6 faizini təşkil edir. Bu müraciətlər məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlər barədədir. Məsələn, Abşeron rayon ümumtəhsil məktəblərindən daxil olan müraciətlər şagirdlərə məcburi qaydada təkrar məktəbli formasının satılması ilə bağlı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA