QHT Şurası maliyyə hesabatlarının tərtibi ilə bağlı QHT-lərə yardım edir

img

15-02-2011 [04:59]


?Mühasibat uçotu haqqında? Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq, QHT-lərin Maliyyə Nazirliyinə təqdim edəcəyi illik maliyyə hesabatlarının tərtibi işində təşkilatlara kömək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən (Bakı şəhərində, Şuranın ofisində: F.Əmirov küç.1, 2-ci mərtəbə) iş günlərində məsləhət xidməti təşkil edilib. MİA-nın məlumatına görə, QHT-lər lazımi məsləhətlər almaq üçün bu xidməti həyata keçirən Şura əməkdaşlarına qəbul qrafikində göstərilmiş günlərdə müraciət edə bilərlər. Məsləhət təlimləri region QHT-ləri üçün də təşkil edilir. Tədbirlər Azərbaycan Milli QHT Forumunun Quba, Qəbələ, Şirvan, Mingəçevir və Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs Mərkəzləri (RQRTM) vasitəsilə həyata keçirilir. Təlimlər Şuranın mütəxəssisləri tərəfindən 15-16; 22-23 fevral, 2-3; 10-11 və 16-17 mart tarixlərində RQRTM-lərin ofislərində keçiriləcəkdir. Şuranın əməkdaşları tədbirlər keçirilən günlərdə QHT-lərə məsləhət xidməti də göstərəcəklər. Xatırladırıq ki, QHT-lər illik maliyyə hesabatını Maliyyə Nazirliyinə 01 aprel 2011-ci ilədək təqdim etməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA