"imtahana buraxılız vəsiqəsi" alanların nəzərinə

img

15-02-2011 [02:30]


Ali təhsil müəssisələrinin magistratura pilləsinə imtahanın birinci mərhələsində iştirak etmək üçün ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirmiş bakalavrlar bu gündən etibarən internetdə öz elektron ərizəsinə daxil olaraq "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürə bilərlər. Bu barədə məlumat Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilib. Buraxılış vərəqəsində bakalavrın hansı şəhərdə, binada imtahan verəcəyi qeyd olunub. Bakalavrlar buraxılış vərəqəsi ilə yanaşı ?Bakalavrın yaddaş kitabçası?nı da çap edə bilərlər. Burada bakalavrlara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. Məlumata görə, fevralın 20-də magistraturaya qəbul imtahanının birinci mərhələsi Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA