Yol Polisi gözlənilən hava zəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

img

15-02-2011 [02:19]


Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. Hidrometeoroloqların verdiyi proqnoza görə, günün ikinci yarsından respublikada hava şəraiti pisləşəcək. Bununla əlaqədar, BDYPİ sürücülərə yollarda ehtiyatlı olmağı tövsiyə edir. Bu barədə idarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev məlumat verib. O, bütün sürücüləri ehtiyatlı olmağa çağırıb. ?Hidrometeoroloqların verdiyi məlumata görə, bu gün günortadan sonra ölkə ərazisində hava yağışlı olacaq. Bundan başqa, respublikanın bəzi yerlərinə qar və sulu qar yağacaq. Bu səbəbdən də sürücülərin nəzərinə təkrarən çatdırırıq ki, yollarda ehtiyatlı olsunlar. Tələb olunan sürət həddini keçməsinlər. Nasaz avtomobillərlə yola çıxmasınlar və hava şəraitini nəzərə alsınlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA