DiN-in Baz Mühafizə idarəsinin rəisi Mədət Quliyevə yeni vəzifə verildi

img

15-02-2011 [02:12]


Xəbər verildiyi kimi, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, generel-mayor Nazim Ələkbərov işdən çıxarılıb. Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətindən məlumat verilib. N.Ələkbərovu bu vəzifədə indiyədək DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində işləmiş general-mayor Mədət Quliyev əvəzləyib. General-mayoru Mədət Qəzənfər oğlu Quliyev 1958-ci ildə Gəncə şəhərində anadan olub, 1980-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İnstitutunu, 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1980-1982-ci illərdə Silahlı üvvələrin Sıralarında həqiqi hərbi xidməti keçib. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış və mütəşəkkil cinayətkarlıqla mübarizə strukturlarında xidmət keçib. 1994-1995-ci il-lərdə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1996-2001-ciillərdə Azərbaycan Respublikası DİN-in Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifələrində çalışıb. 2006-cı ilin mart ayından indiyədək DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışırdı. Prezidentin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə cinayətkarlıqla mübarizədə xüsusilə fərqləndiyinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Prezidentin 30.06.2005-ci il tarixli 866 nömrəli sərəncamı ilə ona polis general-mayoru rütbəsi verilib. Ailəlidir. İki övladı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA