AAK-ın ekspert zurasına sədrlik uğurunda rektorlar arasında mübarizə bazlayıb

img

14-02-2011 [07:00]


Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) ekspert şuralarının formalaşdırılması universitet rektorları arasında nüfuz mübarizəsinə səbəb olub. MİA-ya verilən məlumata görə əsas mübarizə iqtisadiyyat elmləri üzrə ekspert şurasına sədrlik uğrunda gedir. Məlumat üçün bildirək ki, iqtisadiyyat elmləri üzrə ekspert şurasına Təfəkkür Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev sədrlik edirdi. İndi isə ekspert şurasının tərkibi yenidən formalaşdırılarkən bu vəzifəyə Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru İbad Abbasov iddia edir. Məlumata görə İbad Abbasov Müşfiq Atakişiyevin postunu tutmaq üçün bütün imkanlarını işə salıb və bu iki rektor arasında nüfuz şavaşı şiddətlənib. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda məmurlar və deputatlar daha çox iqtisad elmləri üzrə müdafiə edirlər. Onun üçün də AAK-ın iqtisadiyyat elmləri üzrə ekspert şurasına sədrlik çox prestijli vəzfə sayılır. Elə Müşfiq Atakişiyevin sədr olduğu müddətdə də iqtisadiyyat elmləri üzrə ekspert şurası onlarla məmurun və bir neçə deputatın dissertasiya işinə müsbət rəy verməsi ilə yadda qalıb. İndi rəqibləri də bu faktdan ona qarşı istifadə edirlər. Amma Biznes Universitetinin rektoru İbad Abbasovun da belə mühüm post gətirilməsənə bir çox alim sıcaq yanaşmır. İqtisadçı akademik Ziyad Səmədzadə Müşfiq Atakişiyevi İbad Abbasovun əvəzləmsəi üçün bütün imkanlarını işə salmasına baxmayar Biznes Universitetinin rektoruna qarşı olanlar da mübarizədən geri çəkilmirlər. Onlar ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı bir vaxtda AAK-ın ekspert şuralarına alimlər arasında böyük nüfuzu olan və şəffaf fəaliyyəti ilə seçilən şəxslərin seçilməsini tələb edirlər. Bu barədə MİA-ya məlumat verən alimin dediyinə görə, ümumiyyətlə AAK-da ekspert şuraların özəl universitet rektorlarının seçilməsi özünü doğrultmur. Bunu ABU rektoru Elşad Abdullayevin hüqüq elmləri üzrə eksper şuralarına təyinatı da göstərdi. Onun üçün də AAK-ın özəl universitetlərin təsir dairəsinə düşməsi yolverilməzdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA