icra bazçısına qarzı korrupsiya ittihamı

img

14-02-2011 [06:16]


Atatürk prospekti 33-də yaşayan sakinlər Nərimanov rayon İcra Hakimiyyətini qanunsuzluqda və korrupsiyada ittiham edirlər. Sakinlərin MİA-ya verdikləri məlumata görə, onlar ölkə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Ramiz Mehdiyevə və KİV-ə müraciət ünvanlayıblar. Müraciətdə Nərimanov rayonu ərazisində yaşanan qanunsuzluqlara, vətəndaşların hüquqlarının pozulması faktları yer alıb: ?Yaşadığımız Atatürk prospekti 33 ünvanının həyətində uşaqlarımızın əyləndiyi, ağaclarla örtülü kiçik Uşaq Bağçası mövcuddur. 40-a yaxın meyvə ağacın olduğu ərazi uşaqların oynamağa, qocaların istirahət etməyə yeganə yerdir. Burada öz hesabımıza istirahət üçün normal şərait yaratmışıq. Lakin, 35 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları isə gəlib bizə buranı Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev satdığını deyir. Əslində bizim bina kooperativ binadır, bu həyət də həmin binanın balansındadır. Ancaq dekabr ayının 29-da Hacı adlı bir şəxs gələrək, qanunsuz olaraq, bu ərazini hasarladıb və uşaq bağçasını dağıdıb, indi də ağacları kəsdirmək istəyir. Sakinlər əraziyə hasar çəkmək istəyən fəhlələrə mane olmağa çalışsa da, işçilər həmin sahəni dəmir dirəklərlə hasarlayıblar və Hacının adamları sakinlərə qarşı zorakılıq göstəriblər. Ərazi sahə müvəkkilinin də gözü qarşısında zəbt edilib?. Sakinlər bildirib ki, ötən il də həmin acınacaqlı halla üzləşiblər. Əraziləri qanunsuz olaraq zəbt edilərək yerində İran klinikası inşa edildiyi zaman da Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə müraciət ediblər. Lakin, icra başçısından heç bir müsbət cavab almayıblar: ?Bu gün həyətimizin qalan hissəsi də əlimizdən qanunsuz şəkildə alınır. Bu dəfə də Nərimanov rayonunun rəhbərliyi bu qanunsuzluğu ?görmür?. Müraciətlərimizə baxılmır. Necə olur ki, hər hansısa sakin eyvanını rəngləyəndə belə bundan xəbər tutan icra hakimiyyəti bu boyda narazılığı və rəzaləti, ən başlıcası Ulu Öndərimiz Heydər Əliyevin ?qollarım? dediyi 15-20 illik ağacların kəsilməsindən xəbərsiz olur. Korrupsiya girdabına çevrilmiş Nərimanov rayon İcra Hakimiyyətinin qanunsuzluqları qarşısında bizi müdafiə edin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA