Gənclər Türkmənçay müqaviləsinin ildönümü ilə bağlı bir araya gələcək

img

14-02-2011 [06:00]


Vətəndaş Həmrəyliyi partiyası ( VHP) Gənclər Təşkilatının təşəbbüsü ilə ?itirilmiş torpaqların haray səsi ? tədbirlər silsiləsindən növbəti görüş keçiriləcək. Partiyadan verilən xəbərə görə, növbəti görüş ??Türkmənçay müqaviləsi 183" adı altında keçiriləcək. Millət vəkilləri, tarixçilər, DAK idarə heyətinin iştirak edəcəyi konfransda Türkmənçay müqaviləsi, onun şərtləri, müqavilədən sonra Güney və Quzey Azərbaycanda baş verən hadisələr müzakirə ediləcək. Tədbirin nəticəsi olaraq bəyanat qəbul olunması və BMT-yə Azərbaycana ?Bölünmüş Xalq? statusunun verilməsi üçün Milli Məclisə müraciət edilməsi nəzərdə tutulur. Tədbir fevralın 10-da partiya qərargahında keçiriləcək. Qeyd edək ki, VHP 2001-ci ildə bu məqsədlə 3 dildə (İngilis, Rus və Fransız) BMT-yə müraciət edərək Azərbaycana ?Bölünmüş Xalq? statusunun verilməsini tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA