Bakıda "Avtovağzal? metrostansiyası inza edilir

img

14-02-2011 [05:28]


Hazırda 23 stansiyası olan Bakı Metropoliteninin stansiyalarının sayı 2035-ci ilə qədər 3 dəfə çoxalacaq. Bakı Metropoliteninin perspektiv inkişaf planına görə, yaxın 25 ildə stansiyaların sayı 68-ə, 2040-cı ilədək 70-ə çatdırılması planlaşdırılır. Bu, paytaxtın mərkəzi hissələrinin tamamilə, şəhərin ətraf ərazilərinin isə qismən metro xəttilə əhatə olunması deməkdir. İşlərə artıq start verilib. Hazırda Bakının 3 müxtəlif yerində sürətli metro tikintisi gedir. Bunlardan biri Bakının Binəqədi rayonu ərazisində, Dərnəgül qəsəbəsində inşa olunan eyniadlı stansiyadır. Layihədə VI stansiya kimi qeyd olunan bu obyektdə hazırda qızğın iş gedir. ?Dərnəgül? stansiyasından sonra Ziya Bünyadov prospektinə çıxacaq stansiyanın inşası planlaşdırılır. Amma bu bir neçə ildən sonra baş tuta biləcək. Hələlik ?Dərnəgül? stansiyasında hərəkət birtərəfli olacaq. Buna görə də, stansiyaya aparan dəmir yolu xəttləri keçid kamerası ilə birləşdirilib. İşlər qaydasında getsə, ?Dərnəgül? stansiyasının qapıları vətəndaşların üzünə bu ilin may-iyun aylarında açılacaq. Ərazinin sahə rəisi Abdul Çələbiyev ANS-ə açıqlamasında işlərin artıq çox hissəsinin görüldüyünü bildirib. ?Artıq işlərin 90 faizi görülüb. Mərmər üzləmə işi gedir. İnşallah, yaxın vaxtlarda stansiya vətəndaşların istifadəsinə veriləcək?, - deyə Abdul Çələbiyev vurğulayıb. Qeyd edək ki, Bakının Binəqədi rayonunda metro ilə bağlı digər aktiv tikinti işləri də aparılır. Burada inşası davam etdirilən II elektrik deposunun 2013-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub. Bunun üçün ilk növbədə ərazidən keçən kommunikasiya xətlərinin yerləri dəyişdirilməlidir. Xatırladaq ki, ?Depo?nun tikintisinə keçən il başlanılıb. Bu işlə əlaqədar 7-ci mikrorayonda yerləşən qəbiristanlığın bir hissəsi plana düşərək sökülüb. Bir qədər əvvəl fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin stadionu da ?Depo?nun ərazisinə düşürdü. Bundan başqa, həmin yerdə xeyli sayda fərdi yaşayış evləri də var. Onların bir qisminin də gələcək taleyi sual altındadır. Metronun ?Memar Əcəmi? stansiyasının qonşuluğunda daha bir stansiya olacaq. Şərti olaraq ?Cavadxan? adlandırılan bu stansiyadan ?Avtovağzal? stansiyasına yol uzanacaq ki, bu da metronun III xətti deməkdir. Bakı Metropoliteninin III hərəkət xətti digərlərindən burada şütüyən qatarların 7 vaqondan ibarət olması ilə fərqlənəcək. Amma hələ ki, ?Cavadxan? stansiyasında işlər getmir. İndiyə qədər burada yalnız stansiyanın ərazisinə düşən inzibati binalar, eləcə də uşaq bağçası sökülüb. Ərazinin sahə rəisi Rəfael Mehdiyev ANS-ə stansiyanın tikintisinə başlanıldığını bildirib. ?İşə başlanılıb. Beton laylar vurulub, bərkitmə işləri gedir. Qrunt çıxarılır?, - deyə Rəfael Mehdiyev qeyd edib. Daha bir stansiya ?Avtovağzal? stansiyası Bakı Beynəlxalq Avtovağzal Kompleksinin düz qarşısında inşa edilir. Tunel yeni istifadəyə verilmiş I Bakı Dairəvi yolunun altından keçəcək. Bu işlərin yaxın 2-3 il ərzində başa çatdırılması planlaşdırılır. Amma metronun III xətti təkcə ?Cavadxan? və ?Avtovağzal? stansiyalarından ibarət olmayacaq. 2015-ci ilə qədər III xəttin Xırdalan şəhərilə yanaşı, Bakının daxilinə doğru da inkişaf etdirilməsi nəzərdə tutulub. Bakı Metropoliteninin texniki istehsalat şöbəsinin rəisi Aftandil Bayramov ANS-ə açıqlamasında bildirib ki, ?Memar əcəmi? və ?Avtovağzal? stansiyalarından əlavə, 3-cü mikrorayon dairəsi tərəfdə, Heydər Əliyev adına İdman-Konsert Kompleksi tərəfdə də stansiyaların tikilməsi nəzərdə tutulub. Bunlar hamısı III xəttin üzərində olacaq. 2015-2020-ci illərdə isə metronun IV xəttinin tikintisinə başlanılması nəzərdə tutulub. Bu xətt çox güman ki, metronun ?Xətai? stansiyasından ?Həzi Aslanov? stansiyasına qədər uzanacaq. ?Qara şəhər? kimi tanınan ərazidə inşası gözlənilən Ağ şəhər yaşayış kompleksini əhatə edəcək. Bu xətt boyunca 3 yeni stansiya açıla bilər. Bununla belə, gələcəkdə paytaxtın Zığ şosesi, Yeni Günəşli, Qaraçuxur, Bakıxanov, Sabunçu, Böyükşor, Keşlə, Binəqədi, Yeni Yasamal, Badambar, Şıx, Bibiheybət qəsəbələri, Azneft meydanı, Mətbuat prospekti, Nəbatət bağı istiqamətində metro xəttinin olacağı da perspektiv inkişaf planında öz əksini tapıb. Qeyd edək ki, Sumqayıt şəhərinə metro xəttinin çəkilməsi gözlənilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA