Milli Qurtuluz Partiyası iqtidarı Hüsnü Mübarəkin heykəlinin götürməyə çağırdı

img

14-02-2011 [04:29]


MQP Siyasi Şurasının növbəti bəyanatla çıxış edib. Bəyənatda Misirdə baş verən hadisələr demokratiyanın qələbəsi, diktaturaların çöküşünün başlanğıcı kimi dəyərləndirilib, Misir xalqı qələbə münasibətilə təbrik edilib. MQP Siyasi Şurası eyni zamanda hadisələrin bundan sonrakı inkişafının da xalqın istəyinə uyğun şəkildə davam edəcəyinə ümid etdiyini bildirib. MQP Siyasi Şurası Azərbaycan iqtidarına müraciət edərək, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin Xırdalandakı heykəlini götürülməsi ilə bağlı qərar verməyə çağırıb. ?Milyonlarla misirlinin nifrətlə yad etdiyi bir diktatorun Xırdalanda ağırlanmağına davam etmək dövlətimizə baş ucalığı gətirmir. Son hadisələrdə qətlə yetirilmiş yüzlərlə dinc misirlinin və eyni zamanda azadlığın, demokratiyanın rəmzini xarakterizə edəcək başqa bir heykəlin həmin ərazidə qoyulması daha məqsədə uyğundur?- deyə qeyd edən MQP rəhbər qurumu əks təqdirdə dövlətimizin keçmiş diktatora qarşı izah olunması mümkün olmayan sevgisinin bütün dunyanı təəcübləndirə biləcəyinə şübhə etmədiyini vurğulayıb. MQP Mətbuat Xidməti onu da əlavə bildirir ki, sabah, 15 fevral tarixində, saat 12-də KXCP qərərgahında Demokratiya Uğrunda İttifaqa daxil olan partiyalar Misir inqilabı mövzusunda Dəyirmi Masa keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA