MTN və DiN terrorla bağlı açıqlama yaydı

img

14-02-2011 [03:32]


Milli Təhlükəsizlik Nazirliyi (MTN) ABŞ-ın Azərbaycanda yaşayan vətəndaşlarına Azərbaycanda terror təhlükəsi ehtimalı ilə xəbərdarlıq etməsinə münasibət bildirib. Nazirliyin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, Azərbaycanın milli təhlükəsizliyinə və mənafelərinə mümkün təhdidlərin qarşısının alınması üzrə zəruri-qabaqlayıcı tədbirlər keçirilir. Əməliyyat şəraitinə nəzarət olunur. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Masurzadə isə ANS-ə bildirib ki, ölkə ərazisində fəaliyyər göstərən səfirlik, diplomatik korpuslar etibarlı şəkildə qorunur: ?Daxili İşlər Nazirliyi üzərinə düşən işin öhdəsindən gəlir və ölkədə kriminogen durum nəzarətdədir?. Xatırladaq ki, ABŞ Azərbaycandakı vətəndaşlarını yenidən terror təhlükəsi ehtimalı ilə əlaqədar xəbərdar edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, ABŞ Dövlət Departamenti terror təhlükəsi haqqında malik olduğu informasiyaya əsaslanaraq, ABŞ vətəndaşlarını Azərbaycanda, o cümlədən ABŞ maraqlarına qarşı ehtimal olunan terror aktları ilə əlaqədar öz vətəndaşlarına yenidən xəbərdarlıq edir. Bu ehtimal ciddi olaraq qalır. Bu il fevralın 11-də isə İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşlarına yaxın günlərdə 9 ölkəyə səfər etməkdən çəkinməyi məsləhət görüb. Bu 9 ölkə arasında Azərbaycan, Ermənistan və Gürcüstanın da adı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA