Sabah Bakıya sulu qar yağacaq

img

14-02-2011 [12:32]


Həftənin ilk günlərinə ölkədə tutqun yağmurlu hava hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 15-də günün ikinci yarısından havanın tutulacağı, axşam bəzi yerlərdə yağıntılı olacağı, gecəyə doğru isə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4? isti, gündüz 4-7? isti olacaq. Fevralın 16-da da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Yağıntılı olacağı, arabir sulu qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 0?-yə yaxın, gündüz 1-4? isti olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2? şaxtadan 3?-dək isti, gündüz 6-9? isti, dağlarda gecə 6-11? şaxta, gündüz 0-4? şaxta təşkil edəcək. Fevralın 16-da yağıntılı hava şəraiti davam edəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4? şaxtadan 1?-dək isti, gündüz 4-8? isti, dağlarda gecə 8-13? şaxta, gündüz 0-5? şaxta olacaq. Fevralın 15-də Abşeron yarımadasında soyuq hava şəraiti gözlənilsə də, meteoroloji amillərin əsasən normal sutkalıq gedişi meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Fevralın 16-da isə güclü xəzri küləyi və rütubətli hava şəraiti soyuq diskomfort hissini artırmaqla meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA