Merin oğlu ilə nazirin qızı arasında yenidən məhkəmə çəkizməsi bazlayıb

img

13-02-2011 [02:38]


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun övladları yenə məhkəmə salonlarına ayaq döyürlər. Bu haqda Bakı Apellyasiya Məhkəməsindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumatda bildirilir ki, bir neçə il əvvəl nazirin qızı Ülkər Abbasova ilə merin oğlu İsrafil Abutalıbov Nəsimi Rayon Məhkəməsinin qərarı ilə boşanıblar. Ancaq o vaxtdan onların arasında övladları ilə bağlı anlaşılmazlıq bu günə qədər davam edib. Hətta bir neçə ay əvvəl merin oğlunun uşağı Azərbaycandan kənara çıxarmaq təhlükəsindən ehtiyyatlanan Ülkər Abbasova məhkəmədə iddia qaldırıb, uşağın onun razılığı olmadan kənara çıxarılmasının əngəllənməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsində hakim Etibar Nəbiyev 6 dekabr 2010-cu ildə bu xahişlə bağlı qərarını da vermişdir. Bu isə onu göstərir ki, nazirin övladı keçmiş həyat yoldaşının uşağı ölkədən çıxarmasından çox ehtiyyatlanır. Elə bu üzdən də onunla övladının görüşünə imkan yarartmır. Elə bu məqam da İ.Abutalıbovun keçmiş həyat yoldaşına qarşı uşaqla görüş günlərinin təyin edilməsi ilə bağlı iddia qaldırmasına səbəb olub. Lakin Binəqədi Rayon Məhkəməsində merin oğlunun iddiası təmin edilməyib. O üzdən də İsrafil Abutalıbov rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsindən əldə etdiyimiz məlumata görə, uşağı ilə görüş günlərinin təyin edilməsi üçün İsrafil Abutalıbovun verdiyi apellyasiya şikayəti hazırda Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub: ?Apellyasiya şikayəti hakim Saqi Məmmədovun sədrliyi ilə araşdırılır. Fevral ayının 10-u, saat 15.40-a təyin olunmuş ilkin baxış təxirə salınıb. Hakim şikayət üzrə prosesi 24 fevral 2011-ci ildə davam etdirəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA