ümid Partiyası ümumrespublika müzavirəsi keçirib

img

12-02-2011 [04:03]


Ümid Partiyasının Mərkəzi Qərargahında partiyanın bələdiyyələrə seçilmiş üzvləri ilə partiya rəhbərliyinin birgə Ümumrespublika müşavirəsi keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Ümid Partiyası sədrinin humanitar məsələlər üzrə müavini Səməd Hətəmov respublika və dünyada baş verən ictimai siyasi proseslər haqqında ümumi məlumat verib. Daha sonra Ümid Partiyası Icra Aparatının rəhbəri Nəsimi Məmmədli Partiyanın qarşısında duran vəzifələr, seçkili orqanlarda əməkdaşlığın formalaşması haqqında məlumat verib: ?Müşavirədə məqsəd Partiyanın mərkəzi orqanları ilə yerli bələdiyyələr arasında birbaşa əlaqə yaradılmasıdır. Qanunla bələdiyyələrə verilmiş hüquqlardan istifadə etmək çətinləşib. Bələdiyyələr avtodayanacaqlardan və turizm obyektlərindən vergi toplaya bilmirlər?. Tədbirdə çıxış edən yerli bələdiyyələrin üzvləri yerli idarəetmədə mövcud problemlərə, korrupsiya hallarının geniş yayılmasına, icra hakimiyyəti strukturlarının bələdiyyələrin fəaliyyətinə qanunsuz müdaxiləsinə, bələdiyyədə azlıqda olan müxalifətçi nümayəndələrin sıxışdırılmasına və.s məsələlərinə toxunublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA