Fuad Muradov Dövlət Bayrağı Meydanının yaxınlığında yazayan sakinlərlə görüzüb

img

12-02-2011 [03:48]


29 saylı Səbail seçki dairəsindən millət vəkili olan Fuad Muradov öz təşəbbüsü ilə rayonun A.Quliyev küçəsi 5 ünvanında (Dövlət Bayrağı Meydanının yaxınlığında) yerləşən binanın sakinləri ilə görüşüb. MİA-nın məlumatına görə, görüşün keçirilməsinin əsas məqsədi həmin binanın sakinlərini narahat edən bəzi məsələlər olub. Belə ki, Dövlət Bayrağı Meydanının ətrafının adadlaşdırılması ilə əlaqədar həmin binanın sökülməsi nəzərdə tutulub. Sakinlər isə hara köçürüləcəkləri, kompensasiya məsələləri ilə bağlı narahatlıqlarını ifadə ediblər. Seçiciləri ilə görüşündə millət vəkili bildirib ki, bütün məsələlər dövlətin nəzarətindədir: ?Bu proses gedir. Amma bütün məsələlərdə sizin hüquqlarınızı qanun çərçivəsində müdafiə edəcəyəm. Heç birininiz hüququ pozulmayacaq.? Digər tərəfdən F. Muradov sakinləri müxtəlif şaiyələrin yayılmasına yol verməmək və məsələni problem şəklində şişirtməməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA