Kəmaləddin Heydərov Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibini qəbul edib

img

12-02-2011 [03:06]


Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Tyeri Marianini qəbul edib. FHN-mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, nazir respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, Nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə məlumat verib. Həmçinin, müasir tələblərə cavab verən yeni texnika və avadanlıqların alınmasına xüsusi diqqət yetirən nazirliyin Fransanın müvafiq şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğu qonağın diqqətinə çatdırıb. T. Mariani də öz növbəsində, Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində maraqlı olduğunu, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid sahələr üzrə əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA