Bakıda 3, Sumqayıtda 4 nəfər dəm qazından zəhərlənib

img

12-02-2011 [02:06]


Bakıda dəm qazından boğulma halları qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lverilən məlumata görə, fevralın 11-də Səbail rayonu Z.Əliyeva küçəsi ev 23 mənzil 9-da, orada yaşayan Aydın Allahverdiyev dəm qazından boğulub, qızı Fatimə və oğlu Ramiz isə xəstəxanaya yerləşdiriliblər. Fevralın 11-də Nizami rayonu E.Süleymanov küçəsi döngə 3 mənzil 15-də, orada yaşayan Əntiqə İbrahimova da dəm qazından boğulub, oğlu Elşən isə xəstəxanaya yerləşdirilib. Sumqayıtda isə fevralın 11-də şəhər sakinləri Əfsanə Qasımova, Aliyə Abbasova, Aytən Mikayılova, Xəyalə Qasımova mənzillərindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətiriliblər. Onların vəziyyəti qənaətbəxşdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA