Füzuli Ələkbərov Yardımlı rayon ƏSMM-nin direktorunu izdən çıxardı

img

11-02-2011 [04:40]


Bu gün Masallıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhaliyə xidmətin göstərilməsi və vətəndaş müraciətlərinə baxılması sahəsində vəziyyətin daha da dərindən araşdırılması məqsədilə cənub bölgəsində yerləşən 8 rayonun yerli strukturlarının iştirakı ilə Zona müşavirəsi keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, müşavirədə iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, ünvanlı dövlət sosial yardımının təyinatı və ödənişi, tibbi-sosial ekspertiza müayinələrinin aparılması, əlillərin reabilitasiyası, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı sahələrində həyata keçirilən tədbirlərdən söz açılaraq, eyni zamanda yerli strukturlar tərəfindən vətəndaşların müraciətlərinə baxılması, şəffaflığın təminatı sahəsində görülən işlər geniş müzakirə olunub. Görülən işlərin müsbət nəticələri qeyd olunmaqla, vətəndaşlara xidmət sahəsində yol verilən nöqsanlar da diqqətə çatdırılıb. Bildirilib ki, yerli qurumlar tərəfindən bəzən vətəndaş müraciətlərinə laqeyd yanaşılması, onlara münasibətdə qeyri-mədəni davranış halları insanlarda ümumi narazılığın yaranması, müxtəlif instansiyalara şikayət məzmunlu ərizələrin ünvanlanması ilə nəticələnir. Bu istiqamətdə tədbirlərin davamı kimi, Yardımlı rayon ƏSMM-nin direktoru işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilib, ayrı-ayrı əməkdaşlar haqqında intizam tədbirləri görülüb. Belə tədbirlər bundan sonra da davam etdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA