Səfər Əbiyev: "Azərbaycan müharibəyə ciddi hazırlazır"

img

11-02-2011 [04:02]


Fevralın 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradke, Bernar Fasye, İqor Papov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı qonaqlar Dağlıq Qarabağ münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bölüşdükdən sonra müdafiə naziri Səfər Əbiyev bildirib ki, Minsk Qrupunun fəaliyyəti konkret bir nəticə verməyib. ?Nəticə olmasa da, biz bu missiyaya hələlik ümidlərimizi itirməmişik?. Münaqişənin həllində səylərin birləşdirilməsinə üstünlük verən nazir Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsini və sülh variantının yalnız bu kontekstdə baş tuta biləcəyini birmənalı olaraq qonaqların diqqətinə çatdırıb. Müdafiə naziri torpaqların işğaldan azad edilməsi üçün Azərbaycanın ciddi hazırlıqlar gördüyünü də xüsusi vurğulayıb. Bildirib ki, belə situasiyalarda bütün dövlətlər eyni cür hərəkət etmiş olar: ?Azərbaycanı heç kim bu məsələdə günahlandıra bilməz?. S.Əbiyev bu qəbildən olan münaqişələrin həllində mövcud beynəlxalq qaydaların tətbiq edilməsinin zəruriliyini önə çəkərək yaxın keçmişdə bir neçə ölkənin timsalında bu cür yanaşmanı misal gətirib: ?Həmin münasibət Azərbaycana da göstərilməlidir, lakin biz bunun fərqini görürük, bu da acı təəssüf doğurmaya bilməz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA