Əli Abbasov: "30 telekommunikasiya qovzağının təmirə ehtiyacı var"

img

11-02-2011 [03:11]


Masallı Telekommunikasiya Qovşağının fəaliyyəti yaxın günlərdə bərpa olunacaq. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, qovşağın fəaliyyətinin bir hissəsi artıq bərpa olunub. ?Masallı Telekommunikasiya Qovşağının fəaliyyəti tədricən bərpa olunacaq və yaxın 3-4 gün ərzində isə tam bərpa olunacaq. Bir çox xarici ölkələrdəki telekommunikasiya qovşaqlarının istismarı bizdəki qovşaqlarla eynidir. Ona görə onlar da Masallıda baş verən hadisənin səbəblərini bilməkdə maraqlıdırlar. Hadisənin səbəbi məlum olduqdan sonra yəqin ki, biz də, onlar da öz fəaliyyətlərində bunu nəzərə alacaqlar?, deyə nazir qeyd edib. Əli Abbasov bildirib ki, indi Azərbaycanda 30 telekommunikasiya qovşağının təmirə ehtiyacı var ki, bunun da 5-i Bakı şəhərindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA