Dalğa Gənclər Hərəkatı 7-ci qurultayını keçirəcək

img

10-02-2011 [06:41]


Artıq 6 ildir Azərbaycanın demokratik dəyişməsi və gənclərin bu prosesdə aktiv iştirakını təmin etmək isitiqamətində fəaliyyət göstərən Gənclər Hərəkatı 12 fevral 2011-ci ildə növbəti V (VI) Qurultayını keçirəcək. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi (QHTK) hərəkatın nizamnaməsinin 4.2.5 bəndinə əsasən növbəti, qurultayla bağlı işləri yekunlaşdırıb. Artıq qurultaya namizədlərin adları və onların təqdim etdiyi birinci müavinlər bəllidir. Bunlar, Araz Önər və birinci müavini Azər Aydın, Hafiz Poladzadə və birinci müavini Fərhad İbrahimov, İlkin Əlisoy və birinci müavini Nərmin Nöqtə, Orxan Nəbiyev və birinci müavini Cəmilə İbrahimovadır. Bu il həmçinin Dalğa Gənclər Hərəkatı tərəfindən əsası qoyulan və bu günə qədər 200?dən çox məzunu olan Demokratiya Məktəbi ilk dəfə olaraq direktoru seçki yolu ilə müəyyənləşəcəkdir. Artıq Demokratiya Məktəbinin dirtektorluğuna namizədlər də bəllidir. Bunlar, Emin Rəsulzadə və Oruc Rəfilidir. Qurultay 12 Fevral 2011?ci ildə, Azad Fikir Universitetinin konfrans zalında keçiriləcək. 12 Fevral həmçinin Dalğa Gənclər Hərəkatının yaranış günüdür. Bu münasibətlə Qurultaydan öncə ictimai-siyasi xadimlər, hərəkatın fəaliyyətində bu günə qədər iştirak edənlər, yerli və xarici təşkilatların nümayəndələri hərəkat barəsində öz fikirlərini bildirəcəklər. Qurultayın rəsmi hissəsi bitdikdən sonra Dalğa Gənclər Hərəkatının yaranış günü münasibəti ilə Rock Club?da party keçiriləcəkdir. Qurultayda iştirak etmiş hər bir kəsin party?yə girişi azaddır. Party saat 18.30?dan gecə yarısına qədər davam edəcəkdir. Məlumat üçün deyək ki, hərəkatın nizamnaməsinə uyğun olaraq qurultaya bir ay qalmış, yəni noyabr ayının 15?i Dalğa GH?ya son bir ildə rəhbərlik etmiş sədr Ağarəhim Poladov və onun birinci müavini Ramilə Yusifova və İdarə Heyəti istefaya getmişdir. İstefadan sonra Dalğa GH geniş toplantı keçirərək QHTK?ni formalaşdırmışdır. Demokratiya Məktəbi Dalğa-nın gəncləri demokratiya barəsində maarifləndirici məktəb tipli layihəsi olub. 2008-2009?cu ildə bu layihəni ABŞ?ın Demokratiyaya Milli Yardım Fondu maliyyələşdirib. Təşkilat bundan sonra layihəni daxili imkanlar hesabına davam etdirməkdədir. Sonda onu da qeyd edək ki, Qurultay Dalğa GH?nın bütün üzvlərindən ibarətdir, 2/3 səs çoxluğu ilə Dalğa GH?nın Nizamnaməsini qəbul edir, ona əlavə və dəyişikliklər edir, sədrin, İH?nin və MNTK?nın hesabatlarını dinləyir, gizli səsvermə ilə sədri, İH?nin və MNTK?nın üzvlərini 1 il müddətinə seçir, Dalğa GH?nın ümumi fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Qurultay üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA