Elmira Süleymanova baz prokurora müraciət etdi

img

10-02-2011 [05:33]


Sumqayıt şəhər sakini T.Əliyeva fevralın 9-da Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovaya şikayət ərizəsi ilə müraciət edərək, oğlu Cabbar Savalanlının barəsində Sumqayıt şəhər Polis İdarəsi (ŞPİ) tərəfindən əsassız olaraq cinayət işinin başlandığını bildirib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, müvəkkilin tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları həmin gün C. Savalanlının saxlandığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına gedərək, onunla görüşüb, təkbətək söhbət aparıblar. C.Savalanlı 05.02.2011-ci il tarixdə Sumqayıt ŞPİ əməkdaşları tərəfindən tutulduğunu, tutularkən və saxlandığı müddət ərzində zorakılığa, kobud rəftara məruz qalmadığını bildirib. Eyni zamanda o, həmin polis idarəsində ilkin izahatlarının alınması zamanı törətmədiyi cinayət əməlini etiraf etməyi üçün psixoloji təzyiqlərə məruz qaldığını söyləyib. Onun bədəninə keçirilmiş baxış zamanı hər hansı xəsarət izi aşkar olunmayıb. Ombudsman respublika baş prokuroruna müraciət edərək, şikayətdə əks etdirilmiş halların yoxlanılaraq tədbir görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA