Sabah Milli Məclisin iclasıdır

img

10-02-2011 [04:14]


Azərbaycanın parlamenti sabah ?2010-cu ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında? hesabat dinləyəcək. Milli Məclisdən verilən məlumata görə, parlament yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə nəzarət edən Ədliyyə Nazirliyinin müvafiq hesabatını dinləyəcək, həmçinin 2010-cu il ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı öz mövqeyini bildirəcək. Bundan başqa, cümə günü Milli Məclisin Azərbaycan və Özbəkistan prezidentlərinin birgə bəyanatını, həmçinin bir sıra hökumətlərarası sazişləri təsdiqləyəcəyi gözlənilir. Həmçinin ?Dövlət rüsumu haqqında?, ?Auditor xidməti haqqında? qanunlara düzəlişlərin, eləcə də İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi planlaşdırılır. Deputatlar Gömrük Məcəlləsi layihəsini də müzakirə edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA