QAT ermənilərin Azərbaycana səfərini pisləyib

img

10-02-2011 [03:41]


Qarabağ Azadlıq Təşkilatı Bakıda keçirilən ?Effektiv tərəfdaşlıq və idarəetmə üçün struktur dialoqu? adlı seminarda erməni nümayəndələrinin iştirakını, bu iştirakın təmin edilməsini Azərbaycanın milli maraqlarına zərbə kimi dəyərləndirib. Təşkilat bununla bağlı bəyanatda bildirilir ki, bu siyasət işğal faktının unutdurulmasına və ermənilərlə dostluq münasibətlərinin bərpa edilməsinə yönəlib. "Qarabağ Azadlıq Təşkilatı hadisələri diqqətlə izləyir və ermənilərin gizli şəkildə Bakıya gətirilməsinin qarşısını almaq üçün təsirli vasitələr hazırlayır. Biz gec-tez bu ?gizli əməliyyat?ın üstünü açacaq və ermənilərin Bakıya gətirilməsinə bir dəfəlik son qoyacağıq", deyə bəyanatda qeyd olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA