Azərbaycan Diplomatik Akademiyası növbəti Bakı Yay Enerji Məktəbini təzkil edəcək

img

10-02-2011 [03:22]


Cari il iyulun 2-dən 16-dək Azərbaycan Diplomatik Akademiyası (ADA) Dövlət Neft Şirkəti ilə birgə V Bakı Yay Enerji Məktəbini təşkil edəcək. ADA-nın mətbuat xidmətindən bildiriblər ki, tədbirə ekologiya və təbii sərvətlər, sənaye və energetika nazirliklərinin, Dövlət Neft Fondunun, habelə Azərbaycanda fəaliyyət göstərən xarici neft-qaz şirkətlərin nümayəndələri də qatılacaqlar. Yay məktəbində Xəzər regionu ölkələrinin, ABŞ-ın Rice və Texas A&M universitetlərinin tanınmış professorları mühazirə oxuyacaqlar. Nabukko layihəsinin təmsilçiləri, Avropanın aparıcı ali təhsil ocaqlarının mütəxəssisləri isə neft və qaz sənayesinin praktik məsələləri barədə təcrübələrini bölüşəcəklər. Tədbirdə enerji siyasətinin iqtisadi və siyasi əsasları, ətraf mühitə təsiri, regional inkişafa töhfəsi və digər məsələlər müzakirə olunacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA