Prezident ilham Əliyev Gəncədədir

img

10-02-2011 [03:05]


Azərbaycan Prezidenti İlham Əliyevin qərb bölgəsinə səfəri davam edir. Dövlət başçısı səfər çərcivəsində bu gün Gəncə şəhərinə gedib. Prezident İ.Əliyev şəhərin Heydər Əliyev meydanında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Xatırladaq ki, dövlət başçısı ötən gün Tovuz, Qazax rayonlarında olub. Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə əsaslı yenidənqurma işləri aparılmış ?Xan bağı? mədəniyyət və istirahət parkının açılışında iştirak edib. Qafqazın ən qədim parklarından biri, yaşı 300-dən çox olan ?Xan bağı?nda belə genişmiqyaslı işlər ilk dəfə məhz Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib. Prezident İlham Əliyev parkı gəzdi, görülmüş işlərlə tanış olub. Ümumi ərazisi 7 hektar olan parkda müxtəlif ölkələrdən gətirilmiş ağaclar, dekorativ kollar əkilib. Burada iki fəvvarə, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik yaşıl teatr inşa olunub. Xalq Şairi Nigar Rəfibəylinin heykəli və Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi də yeni görkəm alıb. Dövlət başçısı ?Xan bağı?nda yüksək səviyyədə aparılmış əsaslı yenidənqurma işlərindən razılığını bildirib. Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident həmçinin səfər çərcivəsində Bakı-Gürcüstan sərhədi avtomagistralının bir hissəsi olan Yevlax-Gəncə yolunda tikinti işlərinin gedişi ilə tanış olub. Nəqliyyat naziri Ziya Məmmədov 50 kilometr uzunluğunda olan Yevlax-Gəncə avtomobil yolunun genişləndirilməsi layihəsində nəzərdə tutulan yol qovşaqları, Yevlax-Gəncə və Gəncə dairəvi avtomobil yolu layihələri barədə məlumat verib. ?Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması layihəsi? mövcud ikinci dərəcəli avtomobil yolunun və körpülərin yenidən qurulmasını və bərpasını, habelə, podrat müqaviləsi çərçivəsində əldə olunmuş qənaətlər hesabına Gəncə şəhərinə şərq tərəfdən 7,2 kilometr uzunluqda birinci dərəcəli giriş yolunun yenidən qurulmasını nəzərdə tutur. Yolda 4 körpü, çoxsaylı keçidlər və dayanacaqlar tikilmiş, Kür çayı üzərindəki körpü bərpa edilib. Prezident İlham Əliyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi istiqamətindəki körpüdə gedən yenidənqurma işləri ilə də tanış olub, strateji əhəmiyyətli yolda işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib. Prezident İlham Əliyev Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzinin açılışında da iştirak edib. Dövlət başçısı açılışı bildirən lenti kəsib və mərkəzlə tanış olub. Heydər Əliyev Fondunun fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirdiyi layihələrindən olan Gəncə regional informasiya mərkəzinin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisidir. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara, gənclərə, fiziki imkanları məhdud olan insanlara diqqət və qayğısını əks etdirən fotoguşə yaradılıb. Heydər Əliyev Fondunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə yaratdıqları mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, kompyuter mərkəzi var. Oxu zalında gözdən əlillər üçün brayl əlifbası ilə nəşr olunmuş 1000-ə yaxın kitab, habelə zəif görən insanlar üçün böyük şriftlə çap edilmiş kitablar, 4 ədəd brayl displeyi, 2 ədəd ?kitab həvəskarı - kompakt? sərbəst oxuyan maşın, 2 ədəd ?videolight? böyüdücü cihazı və müvafiq printer var. Mərkəzdəki kompyuterlər əqli cəhətdən zəiflər üçün zehni inkişaf etdirən oyunlarla təmin edilmişdir. Kitabxanada nitq və eşitmə problemi olanlar üçün subtitrli filmlər də göstəriləcək. Bu mərkəzin imkanlarından Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarından və Naftalan şəhərindən ümumilikdə 60 mindən çox fiziki qüsurlu insan istifadə edə biləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA