Sabahdan hava pisləzəcək, temperatur azağı düzəcək

img

09-02-2011 [01:18]


Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hirometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-5? isti, gündüz 5-8? isti olacaq. Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşama doğru şimal və şərq rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4? isti, gündüz 5-10? isti, dağlarda gecə 3-8? şaxta, gündüz 2? şaxtadan 3?-dək isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA