iqtisadi inkizaf Nazirliyində vətəndazların videoqəbulu

img

08-02-2011 [06:01]


İqtisadi İnkişaf Nazirliyində vətəndaşların videoqəbulu aparılır. Bildirilib ki, videoqəbulun təşkil edilməsində məqsəd vətəndaşların quruma müraciət etmək imkanlarını sadələşdirmək, xüsusilə də regionlarda və respublikadan kənarda yaşayanlar üçün nazirliyin inzibati binasına gəlmədən İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyinə, eləcə də digər vəzifəli şəxslərinə birbaşa müraciət etmək imkanı yaratmaqdır. Videoqəbul olunmaq istəyənlər www.economy.gov.az saytında "Nazirliklə canlı əlaqə" bölməsinə daxil olmalı (http://economy.gov.az/videoalaqa/), bu bölmədə yerləşdirilmiş videoəlaqənin yaradılması və canlı bağlantı qaydaları ilə tanış olmalıdırlar. Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyinə və Nazirliyin digər vəzifəli şəxslərinə müəyyən olunmuş qəbul günlərində canlı bağlantı vasitəsilə müraciət edə bilərlər. Qəbul günləri barədə məlumat İqtisadi İnkişaf Nazirliyinin http://www.economy.gov.az/ internet səhifəsində yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA