AMiP sədri ATƏT-in Bakı Ofisinin rəhbəri ilə görüzüb

img

08-02-2011 [05:06]


Bu gün AMİP sədri Yusif Bağırzadə və Baş Katib Arzuxan Əlizadə ATƏT-in Bakı Ofisinin rəhbəri, cənab Əli Bilge Cankorellə görüşüb. MİA-nın xəbərinə görə, görüşdə ölkədəki mövcud durum, demokratik təsisatların vəziyyəti, Dağlıq Qarabağ probleminin həlli və regional məsələlər müzakirə olunub. Azərbaycanda demokratik inkişafa və islahatlara təkan vermək üçün AMİP və ATƏT-in Bakı Ofisi arasında birgə səylərin artırılmasının və əməkdaşlığın daha da dərinləşməsini vacib hesab edilib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Görüşdə ATƏT-in Bakı Ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri, xanım Jaklin Karpenter də iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA