Oqtay Şirəliyev 21 rəhbər izçini vəzifədən çıxarıb

img

08-02-2011 [03:52]


Səhiyyə Nazirliyində yanvarın 31-də keçirilmiş geniş kollegiya iclasının nəticələri əsasında xəstəxana, doğum evi, gigiyena və epidemiologiya mərkəzlərinin 21 nəfər rəhbər və struktur bölmə rəhbərləri tutduğu vəzifədən azad olunub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 54 nəfər məsul işçi barədə isə intizam tənbehi tətbiq edilib. Həmin şəxslərin işdən azad edilməsi və tənbeh edilməsinin əsas səbəbi əhaliyə göstərilən tibbi yardımın təşkilində yol verdikləri nöqsanlar olub. Bununla yanaşı, tibb xidmətinin və dövlət sanitariya nəzarətinin təkmilləşdirilməsi sahəsində Səhiyyə Nazirliyinin struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar da verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA