Kənd təsərrüfatı naziri ismət Abbasov kollegiya iclası keçirdi

img

08-02-2011 [03:06]


Fevralın 8-də Kənd Təsərrüfatı Nazirliyində ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib. Iclasda ötən il görülmüş işlər və qarşıdan duran vəzifələr müzakirə olunub. Kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib ki, son üç ildə kənd təsərrüfatının ümumi məhsulunun artım sürəti orta hesabla 2,5 faiz təşkil edib. Aqrar sahənin inkişaf etdiyini deyən nazir vurğulayıb ki, heyvandarlıq məhsullarının istehsalı 2010-cu ildə sabit şəkildə davam edib, 2009-cu ilə nisbətən ət istehsalı 7,1 faiz, süd istehsalı 6,7 faiz, yun istehsalı 2,4 faiz artıb. İclasda Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın son yığıncağında dövlət qurumlarının rəhbərlərinə mənfi hallarla sistemli mübarizə aparılması barədə verilən göstərişlər müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA