ADU-nun rektoru Səməd Seyidov Polza səfiri ilə görüzdü

img

08-02-2011 [02:24]


Fevralın 8-də Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labenda ilə görüşüb. MİA-nın xəbərinə görə, görüşdə universitetlərarası əlaqələr və bir sıra maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Rəhbərlik etdiyi təhsil ocağı haqda danışan Səməd Seyidov universitetdə bir çox istiqamətlər üzrə müxtəlif ixtisasların mövcud olduğunu bildirib. Səfir Mikal Labenda ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib. Diplomat Polşa universitetləri və ADU arasında gələcək əməkdaşlıq perspektivlərinin də olduğunu deyib. Mikal Labenda Polşa universitetlərində Azərbaycan dilinin tədrisinin və Azərbaycanşünaslıq ixtisasının açılmasının mümkünlüyündən danışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA