Kəmaləddin Heydərov Telekommunikasiya Qovzağında baz vermiz hadisə ilə əlaqədar Masallıya gedib

img

08-02-2011 [02:13]


Bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallıda Telekommunikasiya Qovşağının binasında baş vermiş hadisə ilə əlaqədar rayona səfər edib. Hadisə yerinə gələn nazir jurnalistlərə açıqlamasında bildirib ki, hadisəyə texniki problemlər, həmçinin binanın qəzalı vəziyyətdə olması səbəb ola bilər. Hazırda versiyalar üzərində iş gedir. Qeyd edək ki, hazırda Telekommunikasiya Qovşağının binasında baş verən çökmənin aradan qaldırılması istiqamətində iş aparılır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təmir briqadası, FHN-in əməkdaşları ağır texnikanın köməkliyi ilə dağıntının nəticələrini aradan qaldırırlar. Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq və rayon polis şöbəsinin əməliyyat-istintaq qrupu ərazidə araşdırmalara başlayıb. FHN-nin Cənub Regional Mərkəzinin rəisi İlham Müslümov bildirib ki, hazırda bütün mümkin versiyalar üzərində iş aparılır, ekspertiza üçün nümunələr gütürülür. Dünən hadisə yerinə gələn rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında binanın qəzalı vəziyyətdə olması versiyasını istisna edib. O, əlavə edib ki, binada hər hansı qəzalı vəziyyət, nasazlıqla bağlı bu günə qədər heç bir şikayət daxil olmayıb: ?Bina tərəfimizdən vaxtaşırı olaraq təmir olunduğu üçün bu cəhətdən heç bir problem ola bilməz?. Qeyd edək ki, bina 1988-ci ildə inşa edilib. Hadisənin qaz sızmasından baş verdiyi ehtimalı da təkzib edilib. Çünki binada ümümiyyətlə qaz sistemi olmayıb. Xatırladaq ki, dünən saat 14:40 radələrində Masallı Rayon Telekommunikasiya Qovşağının binasında partlayış baş verməsi barədə məlumat yayılıb. Partlayışın təsirindən dördmərtəbəli binanın bir hissəsinin divarları tamamilə dağılıb, ətrafdakı binalar da zərər çəkib. Bununla əlaqədar olaraq rayonun rabitə sistemi tamamilə sıradan çıxıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA