Yavər Camalov korrupsiyaya dair iclas keçırdi

img

07-02-2011 [06:28]


Azərbaycan Müdafiə Sənayesi Nazirliyində (MSN) dövlət başçısının tapşırığına əsasən korrupsiya ilə mübarizəyə dair nazirliyin struktur bölmə, birlik, müəssisə və idarə rəhbərlərinin iştirakı ilə iclas keçirilib. İclasa sədrlik edən nazir Yavər Camalov Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən müzakirə olunan məsələləri diqqətə çatdırıb. Nazir bildirib ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın müddəaları və Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası MSN tərəfindən daima nəzarətdə saxlanılır. Nazirlikdə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi istiqamətində korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması üzrə tədbirlər planında nəzərdə tutulan işlərin həyata keçirilməsi, hüquqpozma törədən əməkdaşların müəyyən edilərək cəzalandırılması üçün daxili nəzarət gücləndirilib və qabaqlayıcı tədbirlər görülüb. Nazirliyin aparatında, eləcə də tabeli birlik və müəssisələrdə mütəmadi olaraq korrursiyanın mahiyyəti, səbəbləri və onun doğurduğu təhlükələr haqqında marifləndirmə işi həyata keçirilib, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciət, ərizə və şikayətlərə baxılıb, yerində araşdırmalar aparılaraq müvafiq tədbirlər görülüb. Müzakirələr zamanı nazir korrupsiya doğura biləcək məqamlara diqqət yetirməyin vacibliyini vurğulayıb və bu məsələlərə hər bir işçinin ciddi yanaşmalı olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA