VHP həbs olunan cəbhəçi gəncin müdafiəsinə qalxdı

img

07-02-2011 [03:26]


Vətəndaş Həmrəyliyi partiyasının Gənclər Təşkilatı (VHP) AXCP Gənclər Təşkilatının üzvü, Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi Cabbar Savalanlının həbsi ilə bağlı bəyanatla çıxış edib. Partiyadan MİA-ya verilən məlumatda bildirilir ki, bəyanatda VHP Gənclər Təşkilatı bu ittihamı böhtan adlandırır və C. Savalanın həbsini siyasi sifariş hesab edir: ?Son zamanlar hakimiyyət siyasi baxımdan fəal olan və müxalif mövqe nümayiş etdirən insanlara qarşı repressiya siyasəti yürüdür və həmin insanları cəmiyyətdən təcrid etmək üçün müxtəlif yollara əl atır. Bu yollardan biri də ictimai fəallıq göstərən şəxslərin cibindən ?narkotik? tapılmasıdır. C. Savalanlının ?satış məqsədi olmadan narkotik maddə gəzdirməsi? də belə bir ittihamdır. Məqsəd insan haqlarını boğmaq, siyasi fəallıq göstərən insanların səsini kəsmək, onları müxtəlif vasitələrlə cəmiyyətdən uzaqlaşdırmaqdır?. VHP Gənclər Təşkilatı bəyanatda Cabbar Savalanlı dərhal azadlığa buraxılmasını, onu şərləyən polis işçiləri cəzalandırılmasını və aidiyyatı qurum rəhbərliyi baş vermiş bu biabırçılığa görə rəsmi şəkildə üzr istəməsini tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA