Məcburi köçkünlərə, qaçqınlara, imkansız ailələrə yardım paylanılıb

img

07-02-2011 [03:21]


Beynəlxalq Avrasiya Mətbuat Fondu ABŞ-ın ?Caunterpart? təşkilatı tərəfindən paylanması üçün onlara ayrılmış humanitar yardımları məcburi köçkünlərə, qaçqınlara, imkansız ailələrə çatdırıb. Bu barədə BAMF-a ayrılmış yardımların paylanmasına məsul olan nümayəndəsi Mübariz Piri məlumat verib. Onun sözlərinə görə, BAMF rəhbərliyi tərəfindən humanitar yardımın paylanması üçün əvvəlcədən işçi qrupu yaradılıb. Yardımların Tərtər rayonunda məskunlaşmış məcburi köçkünlər və aztəminatlı ailələrə paylanılması məqsədəuyğun sayılıb. Bu məqsədlə işçi qrup rayona səfər etmiş, rayon İcra Hakimiyyəti, yerli özü?nü?idarəetmə orqanlarının rəhbərləri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi və icma nümayəndələri ilə görüşlər keçirmiş, ən ağır ehtiyac içində yaşayan məcburi köç?künlər barədə məlumatlar toplamışdır. 2010-cu ilin dekabr, 2011-ci ilin isə yanvar aylarında rayon icra hakimiyyəti, yerli özü?nü?idarəetmə orqanlarının rəhbərləri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi və icma nümayəndələrinin yaxından iştirakı və müşahidəsi ilə yardımların paylanışı həyata keçirildi. Ayrılmış yardım (kombinezon, köynək, yataq kisəsi, müxtəlif növ paltarlar, ayaqqabılar, gigiyenik dəst, odeyal) Tərtər rayonunun bir sıra kəndlərində və yaşayış məntəqələrində məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə, aztəminatlı ailələrə, Qarabağ müharibəsi əlillərinə, tənha və kimsəsizlərə (bütövlükdə 1893 ailəyə) paylanmışdır. BAMF 15 ildən çoxdur ki, qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olur. Fond bir çox beynəlxalq qurumlarla yanaşı Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE) üzvüdür. BAMF bir təşkilat olaraq dəfələrlə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, ?Caunterpart? təşkilatının xətti ilə bu işi həyata keçirib. Xatırladaq ki, paylanma ilə bağlı xərcləri BAMF özü ödəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA