Azay Quliyev gənclərlə görüzdü

img

04-02-2011 [06:08]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa Hüquq Tələbələri Assosiasiyasının (ELSA) Brüsseldəki baş qərargahının rəhbəri Oskar Lema Buza və onu müşayiət edən bir qrup gənclə görüşdü. Şuranın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, O.L.Buza rəhbərlik etdiyi gənclər təşkilatı haqqında məlumat verərək bildirdi ki, ELSA-nın 200-dən artıq Avropa universitetində on minlərlə üzvü var. O.Buza təşkilatın məqsədinin hüquqşünas tələbələrin və gənc hüquqşünasların bilik və bacarıqlarının artırılması, onlar üçün Avropa ölkələrində təcrübə və təlimlərin təşkil olunması və elmi mübadilə proqramlarının həyata keçirilməsi olduğunu bildirdi. ELSA rəhbəri təşkilatın Azərbaycan nümayəndəliyinin də səmərəli fəaliyyət göstərdiyini də vurğuladı. Şura sədri Azay Quliyev gənclərə öz fəaliyyətlərində regional münaqişələrə diqqət yetirməyin və bu münaqişələrdə pozulan insan hüquqlarının müdafiəsinə çalışmağın da vacib olduğunu bildirdi. A.Quliyev təşkilatın bu istiqamətlərdə Bakı şəhərində tədbir təşkil edəcəyi halda Şuranın buna dəstək verə biləcəyini qeyd etdi. Görüşdə gənclər təşkilatlarının fəaliyyəti və əməkdaşlığı ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA