Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də sərt danızdı

img

04-02-2011 [04:48]


Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda çıxış edən nazir Əbülfəs Qarayev bildirib ki, prezident İlham Əliyev tərəfindən 2011-ci ilin ?Turizm ili? elan olunması bu sahədə çalışan hər kəsin üzərinə böyük məsuliyyət qoyur. Nazir xüsusi qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan idarələrin, şöbələrin, müəssisə və təşkilatların fəaliyyətində şəffaflığın artırılması günün mühüm tələblərindəndir. Kollegiya iclasında mədəniyyət və turizm sahələrində mövcud olan müəyyən problem və çatışmazlıqlar da müzakirə olunub, nöqsanların aradan qaldırılması üçün konkret tapşırıqlar verilib və müzakirə edilən məsələyə dair müvafiq qərar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA