Mərkəzi Bank qızıl sikkə buraxacaq

img

04-02-2011 [03:47]


Mərkəzi Bank tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə əlaqədar olaraq qızıl xatirə sikkəsi buraxılacaq. Mərkəzi Bankdan MİA-ya verilən məlumata görə, sikkənin buraxılması ölkə başçısının ?Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında? Sərəncamına əsasən həyata keçiriləcək. Bununla bağlı xatirə sikkəsinin dizaynının yaradılması məqsədilə Mərkəzi Bank tərəfindən 10 mart 2011-ci il tarixinədək ölkədaxili müsabiqə keçiriləcək, qalibə 2000 manat məbləğində pul mükafatı veriləcək. Təqdim olunacaq eskizlərin qiymətləndirilməsi və qalibin müəyyən edilməsi münsiflər heyəti tərəfindən aparılacaq, qalib gəlmiş eskiz əsasında qızıl xatirə sikkəsinin dizaynı hazırlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA