Müdafiə Nazirliyi təyyarə qəzası ilə bağlı məlumat yaydı

img

04-02-2011 [12:29]


Fevralın 3-də saat 17.25-də Hərbi Hava Qüvvələrinə məxsus SU 25 hərbi təyyarəsi təlim zamanı qəzaya uğrayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, təyyarənin qabaq şassisi açılmadığından ekipaj bir neçə dəfə yerə enmək üçün təlimata uyğun bütün tədbirlərdən istifadə edib. Lakin şassi yenə də işə düşməyib. Bu müddət ərzində ekipaj komanda məntəqəsi ilə daimi əlaqədə olub. Sonda yerə enmək imkanı tükəndiyindən ekipaja təyyarəni yaşayış massivindən uzaqlaşdırıb katapult etmək əmri verilib. Təyyarə yaşayış massivindən 18 km aralıda boş əraziyə düşüb. Hadisənin səbəbləri araşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA