Gömrükdə rüzvətlə bağlı böyük qrup ifza edilib

img

03-02-2011 [05:36]


Dövlət Gömrük Komitəsində 11 nəfərdən ibarət cinayətkar dəstənin istintaq işi artıq başa çatdırılıb və məhkəməyə göndərilib. Bu barədə komitə sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib. Komitə sədri deyib ki, həmin cinayətkar dəstəyə qarşı bir neçə maddə üzrə cinayət işi qaldırılıb. Onların arasında rüşvətxorluq və saxta sənədlərlə gömrükdən mal keçirmə işləri də olub. A.Əliyev bildirib ki, cinayətkar dəstə arasında Dövlət Gömrük Komitəsinin 4 əməkdaşı da var. Onun sözlərinə görə, artıq proses başa çatıb və iş məhkəməyə göndərilib. Həmin cinayətkar dəstə üzvlərinin işinə hüquqi qiymət məhkəmədə veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA